Silahlı şəxslər internat-məktəbdən 200 şagirdi qaçırdı
Silahlı şəxslər internat-məktəbdən 200 şagirdi qaçırdı
Nigeriyada bir qrup silahlı şəxs Niger ştatının Teqina rayonunda yerləşən internat-məktəbinə hücum edərək 200 şagirdi qaçırıblar.
Hadisə günün ikinci yarısı baş verib. Hücum nəticəsində ölən və yaralanan olmayıb.
Niger dövlət rəsmisi Reuters-ə faktı təsdiq etsə də, girov götürülən şagirdlərin sayını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, son aylarda Nigeriyada məktəb və universitetlərdə analoji vəziyyət tez-tez baş verir. Bu ilin əvvəlindən bəri ölkənin müxtəlif bölgələrində 700-dən çox şagird və tələbə qaçırılıb.
Azadsoz.com