Bazar ertəsi, 29 Aprel

Azərbaycanda ötən il minaya düşərək ölən və yaralananların sayı açıqlanıb

image


Azərbaycanda 2023-cü il ərzində 58 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub.

Bu,“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi tərəfindən hazırlanan "Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabat"da əksini tapıb.

İctimai Birliyin sədri Hafiz Səfixanovun təqdim etdiyi hesabata əsasən, ötən il minaya düşən 19 nəfər həlak olub, 39 nəfər yaralanıb. Zərərçəkənlərin hamısı kişilərdir.

Bildirilib ki, mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazilərində baş verib.
Qeyd edək ki, hesabata əsasən, Azərbaycan Avropada Ukrayna və Bosniyadan sonra mina problemindən ən çox əziyyət çəkən üçüncü dövlətdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42