Cümə, 17 May

Rusiyada qırmızı buz müşahidə edilib

image

Alimlər Rusiyada, Primorsk sularında buzun qırmızıya çevrilməsi fenomenini müşahidə ediblər.

Xxəbər verilir ki, mütəxəssislərin fikrincə, bu hadisəyə sahil kənarında yaşayan kiçik xərçəngkimilər səbəb olur.

Bioloqlar izah ediblər ki, bədənlərində karotenoid piqmenti olan Neocalanus, Pseudocalanus, Metridia və Microcalanus cinslərinin minlərlə zooplankton nümayəndəsi buzda donub qalıb.

Qeyd olunur ki, eyniadlı körfəzdə yerləşən "Vostok" Dəniz Bioloji Stansiyasının ərazisində də buzlar rəngini dəyişib.

Alimlərin fikrincə, buzun rənglənməsi halları demək olar ki, hər il qeydə alınır, rəng adətən yaşıl və ya qəhvəyi rəngə dəyişir. Səbəb adətən mikroyosunlardır - yosunlar (Pseudohaptolina), yaşıl yosunlar (Chlamidomonas), dinoflagellatlar (Noctiluca) və s.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58