Şənbə, 24 Fevral

Günəşdə son 5 ilin ən güclü partlayışı oldu

image

Fevralın 9-da Günəşdə güclü partlayış qeydə alınıb.

Xəbər verilir ki, bununla bağlı Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

“Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partayışı qeydə alınıb”, - məlumatda qeyd olunub.

O da bildirilib ki, hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyyəsindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə).

Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

Qeyd edək ki, bu, son 5 ildə qeydə alınmış ən böyük partlayışlardan biridir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya ABŞ-yə nota göndərdi

  • 23.02.2024 - 11:20
image

Dani Alveşə hökm oxundu

  • 22.02.2024 - 12:30
image

İsrail Dəməşqi vurur

  • 21.02.2024 - 13:14
image

Sabah rayonlara qar yağacaq

  • 21.02.2024 - 11:25
image

Tokayev Rusiyaya gedir

  • 20.02.2024 - 21:30