Bazar ertəsi, 06 May

Emənistan Rusiyanı qəzəbləndirdi

image

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı planını təqdim edib.

Xəbər verilir ki, Nikol Paşinyanın təklifi aşağıdakılardır․

1.Ermənistan və Azərbaycan çox yaxın zamanda silahlı bölmələrini sərhəddən geri çəkməlidir. Paşinyan təklif edir ki, Silahlı Qüvvələrin bölmələri həmin ərazilərdən daimi bazalarına qayıtsın.

2.Bunun əvəzinə Rusiyanı və ya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən beynəlxalq müşahidəçilər ehtimal olunan sərhəd boyunca yerləşdiriləcək. Bölgədə müşahidəçilərin olması qarşı tərəfin razılaşmanı yerinə yetirdiyinə əmin olmaq üçün lazımdır.

3.Gələcəkdə sərhədlərin tənzimlənməsi işi müşahidəçilərin iştirakı ilə reallaşacaq.

Qeyd edək ki, Rusiyanın beyin mərkəzlərinin hazırladığı hesabata əsasən Ermənistan bu təklifini reallışdırmaqla əsassız imperialist maraqlarla çıxış edən Rusiyadan tamamilə qopmaq istəyir.

Yeri gəlmişkən, Ermənistandakı mənbələrdən hazırlanan hesabatda vurğulanır ki, Ermənistan ciddi səylə postsovet məkanı kimi Qərbin güclü dəstəyini təmin etmək istəyir. Qərbpərəst erməni siyasətçilər hesab edir ki, Rusiya Cənubi Qafqazı artıq itirib. ABŞ, Fransa və ümumilikdə Qərbin güclü dəstəyi təmin olunarsa, bu proses sürətlənəcək. Beləliklə də Paşinyanın missiyası uğyurla başa çatacaq.

Ancaq həmin hesabatda deyilir ki, Qərb müşahidəçilər yerləşdirməyə razı olmayacaq və ya təşəbbüsü yenidən Rusiyaya verəcək. 44 günlük müharibədə Rusiya vertolyotunun Ermənistan ərazisində vurulmasına qədər bu ölkə özünü “utancaq təvazökar bir gəlin” kimi apardı. İndi də Moskvanın kimisə günahlandıracaq bir işi yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58