Bazar, 19 May

Suriyada neft çıxaran ABŞ şirkətinə sanksiya: Baydendən qərar

image

ABŞ Prezidenti Co Bayden administrasiyası Suriyadakı neft bölgəsinə dair yeni addım atmağı planlayır.

Xəbər verilir ki, bunu ABŞ mediasına adını açıqlamaq istəməyən dövlət rəsmisi deyib.

Bayden hökuməti Tramp dövründə Suriyadakı neft sahələrində iş görə bilməsi üçün "Delta Crescent Enerji" adlı ABŞ şirkətinə verilən imtiyazı uzatmamaq qərarı alıb.

ABŞ Maliyyə Nazirliyi sanksiya çərçivəsində ABŞ firmalarının Suriyada enerji sahəsində fəaliyyət göstərməsini qadağan etməsinə baxmayaraq Tramp hökuməti 2020-ci ilin aprelində "Delta Crescent Enerji" şirkətinə Suriyada işləmək üçün yaşıl işıq yandırmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41