Bazar ertəsi, 29 Aprel

İt müharibədən 2 il sonra evə qayıtdı

image

Kiyevdə müharibənin ilk günlərində yoxa çıxan ov iti təxminən 2 ildən sonra sahibinə qayıdıb.

Xəbər  ki, Golden Retriever cinsindən olan it 2022-ci il fevralın 24-də ilk atəş və partlayışlardan qorxaraq, Vışqoroddakı kinoloji mərkəzə iş üçün gələn sahibinin yanından qaçıb. Onun sahibi görmə məhdudiyyətli olub.

İti hərbçilər tapıblar və it bütün bu müddət ərzində onlarla birlikdə yaşayıb. Hərbçilər itə yaxşı baxmaq üçün onu sığınacaqda saxlayıblar. Bu yaxınlarda isə hərbçilər sahibin iti axtardığı bir elan görüblər.

İtin sahibi Sergey Qavrilyuk sevimli dostu və köməkçisi Plyuşanı itirdiyinə son vaxtlara qədər inanmayıb, daim onu ​​axtarıb.

Hərbçilər elanı gördükdən sonra Plyuşanın çipini yoxlayıblar. İt elandakı bütün məlumatlara uyğun gəlib.

Hərbçilər iti saxladıqları sığınacaqla əlaqə saxlayıblar, it baxıcıları isə sahibi Sergeyi çağırıblar.

Bu müddət ərzində Plyuşanın sahibi Sergey artıq başqa bir itə – (çoban itinə) də sahib olub. Çoban iti də onun bələdçisinə çevrilib. Sergey deyir ki, sevimli balalar artıq dost olublar. Sfera.az

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55