Şənbə, 04 May

KİV: Belqorodda qəzaya uğrayan təyyarədə 74 nəfər olub, hamısı ölüb - YENİLƏNİB-1/VİDEO

image

KİV-də yayılan məlumata görə, Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

***13.59

İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, 6 ekipaj üzvü və 3 müşayiətçi olub.

“Bu gün Moskva vaxtı ilə saat 11:00 radələrində İl-76 təyyarəsi Belqorod vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb. Göyərtəsində olan 6 ekipaj üzvü və onu müşayiət edən 3 şəxs Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu mübadilə üçün Belqorod vilayətinə aparırmış”, - deyə hərbi idarədən bildiriblər.

Məlumata görə, əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15