Bazar ertəsi, 29 Aprel

“Pandemiya olacağı dəqiqdir!” - Professordan qorxunc proqnoz

image

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus gözlənilən pandemiya ilə bağlı xəbərdarlıq edib. “Növbəti pandemiyaya hazırlaşmağın vaxtı indidir, xəstəlik başlayanda deyil”, - deyə o bildirib. 

Digər tərəfdən elm adamları “X” adlı virusun koronavirusdan çox daha təhlükəli ola biləcəyini bildiriblər. 

Mövzu ilə bağlı danışan həkim-professor Adil Qeybulla qeyd edib ki, “X” adlı virus konkret xəstəliyi ehtiva etmir, sadəcə yaxın dövrdə yayılması ehtimal olunan bir neçə namizəd xəstəliyin ümumi ifadəsidir. 

“X xəstəliyi dedikdə konkret xəstəlik yox, bizi qarşıda gözləyən və təhdid edən potensial təhlükələr nəzərdə tutulur. Bu gün xeyli təhlükəli infeksiyalar var ki, onlar pandemiya törədə bilər. Qarşıda bizi gözləyən ən təhlükəli pandemiya qripdir və bu nə vaxtsa baş verəcək. Digər tərəfdən koronavirusun yeni ştampları, vəba, taun, sarı qızdırma, çiçək kimi bəşəriyyəti təhdid edən xeyli təhlükəli infeksiya var. Yəni yaxın gələcəkdə pandemiya olacağı dəqiqdir, sadəcə konkret hansı xəstəliyin meydana çıxacağını demək mümkün deyil”. 

Professor yeni pandemiya dalğasının hər an yayıla biləcəyini və buna hazırlıqlı olmağın vacibliyini diqqətə çatdırıb.

“Covid-19 pandemiyası bir daha göstərdi ki, dünyada səhiyyə sistemi nə qədər inkişaf etsə də, pandemiyaların qarşısını almağa hələ də hazır deyil. Bu xəstəlik özlüyündə insanlara mənfi təsir göstərdi. İmmun sistemini zəiflətdi, xərçəng xəstələrinin sayını artırdı. Ona görə də biz istənilən zaman hər hansı yeni pandemiya dalğasına hazır olmalıyıq”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42