Bazar, 19 May

Karapetyanı güllələyərk öldürən əsgər həbs edildi - YENİLƏNİB

image

Ermənistanın N saylı hərbi hissəsində zabit Karen Arayik Karapetyanı güllələyərk öldürən əsgər həbs edilib. 

Xəbər verilir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Vardenis İdarəsi məlumat yayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. İstintaq qrupu yaradılıb.

***11:03

Ermənistanın Vardenis bölgəsində hərbçilərdən biri ona təhkim olunmuş silahla qətl törədib. 

Xəbər verilir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, yanvarın 9-u səhər saatlarında çağırışçılardan biri onunla eyni postda xidmət edən zabit Karen Arayik Karapetyanı güllələyib. 

Fakt araşdırılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41