Çərşənbə axşamı, 30 Aprel

Naxçıvanda yarım milyondan çox kibercinayətkarlıq: Cütlük tutuldu

image

Naxçıvan DİN-in araşdırmaları nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıb.

Xəbər verilir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Babək rayon sakinləri Mircoşqun Seyidov və Hikmət Edilxanov 10-na yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlardan dövriyyə 621 min manat olub.

Digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini İlqar Səfərov  saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.

Faktla bağlı araşdırmalar davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42