Çərşənbə, 01 May

13 yaşlı uşaq 12 yaşlı uşağı öldürdü - Kompüter oyunundan təsirlənib - FOTO

image

Türkiyənin Kayseri şəhərində 12 yaşlı uşaq tikinti sahəsinin damında bıçaqlanaraq öldürülmüş halda tapılıb və 13 yaşlı şübhəli saxlanılıb.

Xəbər verilir ki, hadisə ilə bağlı saxlanılan 13 yaşlı yeniyetmənin qətli kompüter oyunundan təsirlənərək törətdiyi ehtimal edilir.

Yıldırım Beyazıt məhəlləsi, Öğüt küçəsində yerləşən 6 mərtəbəli binanın çardağından gələn səsi eşidən ətrafdakılar 112 Təcili Yardım Mərkəzinə zəng edib. Hadisə yerinə gələn polis və sağlamlıq qrupları S.D-nin (12) tikintinin damında bıçaqla qətlə yetirildiyini müəyyən edib.

Müayinədən sonra cəsəd Kayseri Dövlət Xəstəxanası meyitxanasına aparılıb.

Hadisəni törətdiyi iddia edilən və hadisədən sonra evinə gedən T.Ş. (13) saxlanılıb. Şübhəlinin qətli kompüter oyunundan təsirlənərək törətdiyi güman olunur.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42