Çərşənbə, 01 May

Həkim-infeksionistdən qızılca ilə bağlı valideynlərə çağırış

image

"Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlərin məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur".

Xəbər verilir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova bildirib.

Onun sözlərinə görə, sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə o, 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir:

"Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur".

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42