Bazar ertəsi, 29 Aprel

Həzm sistemini gücləndirən meyvələr - Dietoloqlar AÇIQLADI - FOTO

image

Gündəlik həyatda qaz, həzm problemləri və şişkinlik əhvalınızı tamamilə poza bilər. Dieotoloqlar xüsusilə qırx yaşı keçənlər üçün problemin öhdəsindən gəlməyə kömək edəcək ən faydalı altı meyvəni açıqlayıblar.

Sözügedən meyvələrin siyahısını təqdim edirik:

Banan

Bananların su tutma, iltihabı və nəticədə şişkinliyi aradan qaldırmağa kömək edən qidalarla zəngin olduğunu bildirilib. Bu meyvələrdə natrium səviyyəsini tənzimləyən və suyun tutulmasının qarşısını alan kalium var. Bananlar həm də təbii olaraq antiinflamatuardır və tərkibində bitki birləşmələri və ətraf əzələlərdə stressi aradan qaldıran fitonutrientlər var.

Giləmeyvə

Giləmeyvə çoxlu lif ehtiva edir və aşağı kalorilidir. Diyetoloq izah edir ki, bir stəkan moruqda 64 kalori üçün 8 qram lif, böyürtkəndə cəmi 43 kalori üçün 5 qram, eyni miqdarda çiyələkdə isə 50 kalori üçün 3,5 qram lif var. Mütəxəssis giləmeyvələri soyuq və ya isti taxıllara, qatıqlara, zülal kokteyllərinə əlavə etməyi və ya tam taxıllı pankek və vaflilərə əlavə olaraq istifadə etməyi məsləhət görüb.

Qovunağacı (papaya)

 

Şirin və yağlı meyvə susuzluğu yatırır, lakin ən əsası həzmi yaxşılaşdırır. Doktor Meri Sabat papayanın tərkibində papain adlı təbii fermentin olduğunu və bunun bağırsaq fəaliyyəti üçün çox faydalı olduğunu izah edib. Ferment zülalları parçalamağa kömək edir və kompleks qidaların parçalanmasını dəstəkləyir, həzmsizlik və şişkinlik ehtimalını azaldır. Papaya bağırsaq hərəkətlərini tənzimləyən və həzm sistemini yaxşı vəziyyətdə saxlayan əla pəhriz lifi mənbəyidir.

Qovun

Qovunun tərkibində çoxlu su var və orqanizmin lazımi nəmləndirilməsini təmin edir ki, bu da orqanizmdə elektrolitlərin balansı üçün vacibdir. Diyetoloq Katerin Gervasio disbalansın şişkinliyə səbəb olduğunu izah edib.

Ananas

Ananasın tərkibində bromelain fermenti var ki, bu da zülalları səmərəli şəkildə həzm etməyə kömək edir. O, həmçinin ümumi nəmləndirmə və elektrolit balansına kömək edən yüksək su tərkibinə malikdir. Əksər insanlar şişkinliyi azaltmaq üçün yeməkdən sonra ananas yeməyi effektiv hesab edirlər.

Kivi

Bu meyvə C vitamini və antioksidant mənbəyi olduğu üçün mədə problemlərindən xilas olmağa çox kğmək olur.

Gündəlik həyatda qaz, həzm problemləri və şişkinlik əhvalınızı tamamilə poza bilər. Dieotoloqlar xüsusilə qırx yaşı keçənlər üçün problemin öhdəsindən gəlməyə kömək edəcək ən faydalı altı meyvəni açıqlayıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42