Bazar ertəsi, 29 Aprel

Bürclər: Onlar nəyə qəzəblənirlər?

image

Astroloqlar bürcləri ən çox qəzəbləndirən məqamlar haqqında araşdırma aparıblar. Müxtəlif xarakterə sahib olan bürcləri qəzəbləndirən nüanslar fərqlidir.

Bürcləri özündən çıxaran məqamları təqdim edirik:

QOÇ

Qoçlar səbirsizdir. Bir prosesi gözləmək və ya uzatmaq onlar üçün ən böyük işgəncədir. Bundan əlavə, bu bürc nümayəndələri çox dəqiq və dürüst insanlardır. Qeyri-müəyyənliyə dözə bilmirlər. Buna görə də ağıllarında sual işarəsi yaradan heç nəyi sevmirlər. İnadkardırlar. 

BUĞA

Buğa ac olanda qəzəbdən fınxırır. Onun sakitliyi, dincliyi yox olur, gərginləşir. Əgər birlikdə masa arxasında əyləşəcəksinizsə, məncə, onu gözlətməməlisiniz. Həm də onun boşqabından yeməyin, çünki xoşuna gəlməyəcək.

Hər şeyi ağlında səbirlə oturub öz proseslərini idarə etməyi sevən buğalarıtələsdirib hay-küy salmayın.

ƏKİZLƏR

Danışmaqla özünə təsəlli verən Əkizlər qulaq asmamaq, “sonra danışarıq” demək onu dəli edir. Ona fikir vermədiyinizi düşünəcək və özünü ifadə edə bilmədiyi üçün hadisələr böyüyəcək. Əkizlərin sabitliyə qarşı allergiyası var. Onunla planlar qurarkən, çevikliyi yaddan çıxarmayın.

XƏRÇƏNG

Ailəsi haqqında mənfi fikir söyləmək münasibətinizin sonu ola bilər. Ailə vəziyyəti nə qədər bezdirici olsa da, bu barədə heç kimin fikrini dinləməyi sevmir. Unutmayın ki, ailəsi bütün günahları və savabları ilə onun üçün çox qiymətlidir.

ŞİR

Gördüyü işi, verdiyi əməyi dəyərləndirməmək, kifayət qədər təriflənməmək, bir sözlə, təqdir edilməmək onu çox ruhdan salacaq. Eqosunun bəslənməsini istəyən Şirə kiçik qiymət vermək onu dəli edəcək. Həmçinin, saçını dağıtmaq, yaxud digər şit zarafat etsəniz, sizə sərt reaksiya verə bilər.

QIZ

Xüsusilə ictimai yerlərdə tənqid olunmağı sevməyən qızları tənqid etməyin. Haqlı olsanız belə, bu vəziyyəti həzm edə bilməyəcək. Bundan əlavə, onun gözləntilərini qarşılayırsansa və ya onunla işləyirsənsə, təsadüfi bir iş görmək və detallara fikir verməmək də onu bezdirəcək. Təbii ki, bu bürclər tənbəl, laqeyd insanlara dözə bilməz.

TƏRƏZİ

Əgər münasibət zamanı siz onun problemlərini ciddiyə almasanız və mövqeyini tənqid etməsəniz, bu xoşuna gəlməyəcək. Unutmayın ki, Tərəzi əlaqələr vasitəsilə özünü axtarır. Həm də gözəlliyə, estetikaya və ahəngdar geyinməyə düşkün olan Tərəzilərin xarici görünüşünü və geyiminə söz deməyin.

ƏQRƏB

Əqrəbin qarşısında heç vaxt kimisə çox tərifləməyin, xüsusən də sevmədiyi adamı. Unutmayın ki, sizin üçün ən vacib insan o olmalıdır. Əgər mövzu Əqrəbdirsə, mövzunu çox uzatmağa ehtiyac yoxdur, Əqrəblə əsla düşmən olmayın, onun qəzəbini və kinini özünüzə çəkməyin. Üstəlik, pis gündə ən yaxşı dost Əqrəbdir, onların qədrini bilin.

OXATAN

Onun bədbəxtliyinə durğunluq, gözləmə, sabit və klassik həyat bəs edir. Əgər enerji, hərəkət, yenilənmə olmasa, onsuz da onun optimist enerjisi yox olacaq. Hər şeyə baxmayaraq, Oxatanlar həmişə şirin insanlardır. Onlar özlərini necə motivasiya edəcəklərini daima bilirlər.

OĞLAQ

İş həyatında bir axsama və ya geriləmə olarsa, dərhal əsəbiləşər. Unutmayın ki, Oğlaq ilk olaraq karyerası ilə evlidir. Onlar həm də ciddiliyi sevən, qeyri-ciddiliyi, çirkin zarafatları xoşlamayan insanlardır.

DOLÇA

Bir mühitdə ədalətsizlik varsa, kiminsə haqqı tapdalanırsa, orada Dolça bürcünə mane ola bilməzsiniz. Ədalət, hüquq və azadlıqlar Dolça üçün vacibdir. Üstəlik, onun azadlığını və fərdiliyini məhdudlaşdırmağa, ona qaydaları diktə etməyə, tapşırıqlar verməyə məcbur etməyə çalışsanız, onu məhv etməyiniz qaçınılmazdır və təbii ki, bu vəziyyəti heç vaxt qəbul etməyəcək.

BALIQ

Əgər onun fədakarlıqlarını dəyərləndirməsəniz və sizin üçün etdiklərini görməzliyə vursanız, o, dərhal mənfi fikirlərə düşməyə başlayacaq. Unutmayın ki, Balıq əvvəlcə başqaları üçün bir şey etməklə xoşbəxt olur. Önəmli bir məqam isə, ona darıxdığınızı deməklə bağlıdır. Bu hissi heç vaxt dilə gətirməyin. Çünki balıqlar artıq bu sözdən bezib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42