Cümə axşamı, 16 May

Qızılcayla bağlı təhlükə böyüyür: Məktəblərdə dərslər dayandırılacaq? - VACİB AÇIQLAMA

image

Artıq bir neçə gündür ki, qızılca virusuna yoluxma hallarında artım tendensiyası müşahidə olunur. Bu gün Kürdəmirin daha 7 məktəbində təhsil alan 9 şagirdin qızılcaya yoluxduğu açıqlandı. Həmçinin, Texniki Universitetin tələbələrində də qızılca xəstəliyinə yoluxma halı aşkarlandı. 

Vəziyyət belə davam edərsə, hava-damcı yolu ilə yayılan qızılca xəstəliyinin qarşısını almaq üçün məktəblərdə tədris dayandırıla bilər? 

Bu barədə həkim-infeksionist Mərdan Əliyev açıqlama verib. Onun sözlərinə görə, bu xəstəliklə başa çıxmağın ən yaxşı yolu peyvəndlənmədir: 

“Hazırda qızılca xəstəliyinin vüsət almasına ən başlıca səbəb valideynlərin övladlarını peyvənd etdirməkdən boyun qaçırmasıdır. Əgər peyvəndlənmə prosesi vaxtında həyata keçirilsə, bu zaman heç bir təhlükə və ağırlaşma halı yaşanmaz. Bundan başqa, məktəb və bağçalarda uşaqların gündəlik müayinəsinə başlamaq da önəmli məqamlardan biridir. Müayinələr zamanı hər hansı neqativ hal aşkar edildikdə və yoluxma halı aşkar olunduğu zaman təcrid prosesinə keçid etmək lazımdır. Xəstə uşaqların təcrid olunması həm onların şəxsi sağlamlığı, həm də ümumi təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir”. 

İnfeksionist məktəb və bağçalarda tədrisin dayandırılması ehtimalından da söz açıb:

“Bütün məktəb və bağçalarda tədrisin hər kəs üçün dayandırılması doğru deyil. Fəqət hava-damcı yolu ilə yayılan qızılca xəstəliyinin qarşısını almaq üçün bir sıra məhdudlaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var. Bu səbəbdən yoluxma aşkarlanan tədris ocaqlarında, istər bağçalarda, istərsə də məktəblərdə bəzi siniflərin distant təhsilə keçirilməsi ideal variant ola bilər. Onlayn dərslərin keçirilməsi şagirdlərin təhsillərini davam etdirməsinə və onların mövcud təhlükədən qorunmasına şərait yaradacaqdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00