Bazar, 19 May

Robert Köçəryan rəsmi Bakını ittiham etdi: “Sərhəddə problem yaradırlar”

image

“Ermənistan təzyiqlərə müqavimət göstərməlidir”.

“Armenian News” xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Koçaryan bildirib.

O deyib: “Əvvəla, bu şəkildə davranacağınız təəssüratını buraxmamalısınız, siyasətinizlə, addımlarınızla, ifadələrinizlə belə bir təəssürat yaratsanız, davamlı olaraq oxşar problemlər yaşayacaqsınız”.

“Ermənistan” bloku liderlərinin mayın 25-də keçirdiyi mətbuat konfransında sərhəddə yaranmış gərginliyə toxunan Robert Koçaryanın sözlərinə görə, Ermənistan gələcəkdə də bu cür gərginlik ocaqları ilə üzləşəcək. “Ermənistan bu gün üzləşdiyi təzyiqlərə boyun əyməyəcəyini göstərməlidir.

Bəli, ilk növbədə, problem danışıqlar yolu ilə həll edilməlidir, amma təkrar edirəm, bu məsələ Rusiya Federasiyasının vasitəçiliyi ilə indi həll olunarsa belə, sabah, yaxud birigün Bakı sərhədin başqa bir hissəsindəki oxşar problem yaradacaq. Vəziyyət belədir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41