Şabranda sexdə təkər partlayıb, usta ölüb
Şabranda sexdə təkər partlayıb, usta ölüb
Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
“Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexindı işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.
Azadsoz.com