Bazar, 12 May

Rusiyadan Qarabağda son durum açıqlaması: “Təxribat xarakterli addımlar...”

image

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunmasını izləməyə davam edir. 

Rusiya Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sülhməramlılar avtonəqliyyat vasitələrinin hərəkətinin, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin edir.

"Son bir həftə ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli addımlar qeydə alınmayıb", - deyə məlumatda qeyd olunur.

"Bizim əsas vəzifəmiz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, həmçinin mülki nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etməkdir. Bunun üçün nəzarət-buraxılış məntəqələri təşkil olunub, orada bütün nəqliyyat vasitələri qeydə alınıb. Ərazinin sutkalıq monitorinqi həyata keçirilir, mülki nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyi təmin olunur", - deyə nəzarət buraxılış məntəqəsinin komandiri Sergey İvanov bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44