Cümə axşamı, 16 May

Sənədsiz evlərdə yaşayanların nəzərinə - Yenilik olacaq!

image

Mənzilə çıxarış almaq asanlaşacaq.

Xəbər verilir ki, bu məqsədlə "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi yaradılacaq.

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzilə və ya torpağa çıxarış almaq istəyən vətəndaşlar sənədlərini özləri elektron portala yerləşdirməklə müraciət edə biləcəklər.

Ekspertin sözlərinə görə, sənədlərin düzgünlüyü sistemdə yoxlanılacaq. Təsdiqlənəndən sonra isə  tələb olunan dövlət rüsumu da portal vasitəsi ilə ödənilə bilər.

Sistem fəaliyyətə başlayandan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələrinə getməyə ehtiyac qalmayacaq. Yenin sistemin yaradılmasında əsas məqsədlərdən biri isə, vətəndaş məmur ünsiyyətini minimuma endirməkdir.

Qeyd edək ki Nazirlər Kabinetinə altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini hazırlamaq tapşırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00