Şənbə, 04 May

Ukrayna bu əraziləri Rusiyaya verəcək

image

Kiyev itirilmiş bölgələri heç olmasa müvəqqəti olaraq Rusiya ərazisi kimi tanımalı olacaq. 

Xəbər verilir ki, bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis deyib.

O, Ukraynadakı münaqişənin Koreya yarımadasındakı müharibə kimi sona çatacağına dair işarələrin getdikcə artdığını söyləyib:

"Ötən əsrin ortalarında Cənubi Koreya ilə olduğu kimi, Ukrayna da hazırda qələbə qazanmaq üçün kifayət qədər güclü deyil. Kiyev itirilmiş bölgələri müvəqqəti olaraq Rusiya ərazisi kimi tanımalı olacaq. Qərb dövlətləri bəyan edəcəklər ki, Rusiyaya bir qarış torpaq da vermək olmaz, Ukrayna isə ərazi güzəştinə getmək istəməz. Lakin Moskva onsuz da buna razı olmayacaq. Belə olan halda, Rusiya hökuməti Ukraynada müharibədən zərər görmüş və böyük miqyasda minalarla çirklənmiş cənub-şərq bölgələrini alacaq ki, bu da elə də dəyərli mükafat sayılmaz".

Stavridis Qərb ölkələrinin Kiyevə F-16 döyüş təyyarələri bağışlamasının vəziyyəti ciddi şəkildə dəyişməyəcəyini də əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15