Cümə, 17 May

Yumurta yeməyin QIZIL QAYDASI

image

Tanınmış rus diyetoloq Yevgeni Arzamastsev yumurtanın istehlak norması haqqında danışıb.

O, müsahibə zamanı yumurtanın hansı aralıqlarda yeyilməsi lazım olduğunu deyib.

Diyetoloqun sözlərinə görə, hər şey insanın sağlamlıq vəziyyətindən asılıdır. Belə ki, gənc və fiziki cəhətdən aktiv insanlar hər gün 1 və ya 2 yumurta yeyə bilərlər.

O bildirib ki, yumurtanın tərkibində orqanizm üçün lazım olan zülal və yağlarla yanaşı, A, D eləcə də B qrupu vitaminləri var.

"Yumurtanın tərkibində olan vitaminlərin hamısı aktivlik, immunitet və gündəlik rifah üçün çox faydalıdır", - deyə Yevgeni qeyd edib. Həmçinin həkim səhhətində problem olanlara, məsələn, artıq çəki və ya aterosklerozdan əziyyət çəkənlərə daha az yumurta yeməyi məsləhət görüb. Çəkisi artıq olanların həftədə 2-3 dəfə 1 və ya 2 yumurta istehlak etmələri tövsiyə edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58