Cümə, 17 May

ÜST-dən yeni pandemiya təhlükəsi barədə XƏBƏRDARLIQ - VİDEO

image

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Adhanom Gebreyesus gələcəkdə yeni bir pandemiyanın ortaya çıxacağı ilə bağlı xəbərdarlıq edib.

Xəbər verilir ki, o, bu barədə müvafiq videonu "X" sosial şəbəkəsindəki hesabında yayımlayıb.

ÜST rəhbəri dövlətləri buna cavab vermək üçün hazırlaşmağa çağırıb.

"Növbəti pandemiya onun olub-olmaması deyil, onun nə vaxt olması məsələsidir. Keçmişin səhvlərini təkrarlaya bilmərik. Buna görə də ÜST-ə üzv dövlətlər pandemiyaya qlobal reaksiya üçün hüquqi bazanı gücləndirmək üçün yeni pandemiya sazişi və beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər haqqında danışıqlar aparır. Gələcək nəsillər naminə biz dünyamızı həssas vəziyyətə salan köhnə çaxnaşma və etinasızlıq dövrünə qayıtmamalıyıq", - deyə o paylaşımında qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58