Şənbə, 18 May

Zelenski Gürcüstanı Rusiya ilə müharibəyə çağırdı

image

Ukrayna prezidenti Volodimir Zelenski İsveçdə keçirilən Birgə Ekspedisiya Qüvvələri Sammitində çıxışı zamanı Gürcüstanı itirilmiş əraziləri qaytarmağa çağırıb.

Xəbər verilir ki, bu barədə "European Pravda" nəşri yazıb. 

Zelenski qeyd edib ki, bu, onların ümumi təhlükəsizlik potensialını gücləndirəcək: "Xüsusən də müdafiəmiz sayəsində Gürcüstan üçün ərazi bütövlüyünü bərpa etmək üçün yeni perspektivlər açılacaq".

Zelenski xüsusi olaraq Gürcüstanı Rusiyanın işğal etdiyi əraziləri hərbi yolla azad etməyə çağırıb. Ukrayna prezidentinin sözlərinə görə, bu cür hərəkətlər Avropada ümumi təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək və tarixi kontekstdə son dərəcə əhəmiyyətli olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41