Şənbə, 18 May

Elektron siqaret çəkən qız əzabla öldü 

image

Moskva vilayətində 9-cu sinif şagirdi elektron siqaret çəkdikdən sonra əzab içində ölüb. Məlum olub ki, valideynləri bilməsin deyə, qız siqareti alt paltarının içində gizlədib və gecə vaxtı öz otağında çəkib. 

Hadisə gecə saatlarında Elektroqorsk şəhərində baş verib. Orada 16 yaşlı məktəbli qız valideynləri, iki kiçik bacısı və bir qardaşı ilə yaşayıb. 

Gecə saat birdə ata böyük qızının otağından yüksək, şübhəli səslər eşidib. Narahat ata otağa qaçıb və çarpayıda uzanan qızının qıvrıldığını, eləcə də xırıltılı səs çıxardığını görüb. Qız artıq suallara da cavab verə bilməyib. Valideynləri onu maşına mindirərək şəhər xəstəxanasına aparıblar. Həkimlər uşağın vəziyyətini stabilləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər və məktəbli dünyasını dəyişib. 

Həkimlər iş zamanı mərhumun alt paltarından birdəfəlik elektron siqaret tapıblar. O, müayinəyə göndərilib. Yeniyetmənin ölümünün dəqiq səbəbini həkim-ekspertiza müəyyən edəcək. 

Araşdırma aparılır. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41