Cümə axşamı, 16 May

İçərisində generallar olan təyyarə qaçırıldı?

image

Polşada “Boeing 737-86X” təyyarəsinin “qaçırılması” təlim epizodu olub. Təlimin planı Polşa Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Təyyarənin “qaçırılması” ölkədə mayın 17-dən 21-dək keçirilən “Renegade/Sarex-21” təlimlərinin çərçivəsində baş tutub. “Təlim əsnasında dörd epizod məşq ediləcək. Birinci epizod milli təhlükəsizliyə təhlükə yaradan terror hücumunun təşkili üçün vasitə kimi istifadə olunacaq mülki təyyarənin qaçırılması ilə əlaqəlidir”, – məlumatda deyilir.

Bu dəqiqələrdə KİV-lər Polşa Hərbi Hava Qüvvələrinin içərisində ölkə silahlı qüvvələrinin komandanlığının nümayəndələrinin olduğu Boeing-737-86X təyyarəsinin qaçırıldığı haqda xəbərlər yayıblar. Xəbəri ilk dəfə açıq mənbələr vasitəsilə təyyarələrin hərəkətini izləyən OpenSky Network saytı yayıb, daha sonra digər KİV-lər tərəfindən tirajlanıb.

Bildirilir ki, təyyarə Polşanın Çexiya ilə sərhədinə yaxın uçarkən pilot efirə “7500” siqnalını ötürüb. Bu, təyyarənin qaçırıldığı deməkdir. Bundan sonra heyətlə əlaqə kəsilib, təyyarə isə Avropa İttifaqının qərb sərhədlərinə, Atlantik okeanı sahillərinə tərəf istiqamət alıb. Daha sonra ümumiyyətlə, təyyarənin uçuşunu hamı üçün əlçatan olan monitorinq sistemləri vasitəsilə izləmək mümkün olmayıb.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu məlum deyil, hələlik insidentlə bağlı Polşa rəsmilərindən heç bir şərh verilmir. Bəzi jurnalistlər ehtimal ediblər ki, əslində bu insident Polşada bir neçə gündür davam edən hərbi təlimlərlə əlaqəli ola bilər. Lakin bu barədə də rəsmi məlumat yoxdur.

Xəbər yenilənəcək...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58