Cümə, 17 May

“TikTok”da möhtəşəm YENİLİK

image

“TikTok” tərtibatçıları videoları yerləşdirməklə bağlı möhtəşəm yeniliyə imza atıblar. Belə ki, sosial şəbəkədə videolar artıq üçüncü tərəf platformalarının köməyi ilə yayımlana bilər.

Xəbər verilir ki, bu barədə şirkətdən bildirilib

Məlumata görə, “Direct Post” adlanan yeni funksiya “Adobe Premiere Pro”, “Adobe Express”, “Twitch” və “CapCut”, “TikTok”un öz redaktə proqramı və s. kimi platformalarla inteqrasiya edir.

“Direct Post”dan istifadə etmək üçün müəlliflər “TikTok” hesablarını video redaktoruna qoşmalıdırlar. Təsdiq tamamlandıqdan sonra “API Content Posting”ə giriş verilir.

Artıq “TikTok”a daxil olmadan, məsələn, “CapCut”ın masaüstü versiyasından yayımlama parametrlərini təyin etmək və video göndərmək mümkün olacaq.

Analoji olaraq, “Adobe Premiere Pro” və “Adobe Express”-dən “TikTok”da videolar dərc etmək mümkündür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58