Çərşənbə axşamı, 30 Aprel

Bu ölkələr də döyüşə hazırlaşır: Ərzaq ehtiyatı yığılır 

image

İsrail və Fələstin arasında gərginlik davam edir.

 “The National Interest” xəbər verir ki, “Həmas”ın hücumu Səudiyyə Ərəbistanını çətin vəziyyətə salır. 

Qeyd olunur ki, Ər-Riyadın son vaxtlar İsraillə münasibətləri normallaşdırmaq üçün atdığı addımlar İranın regional ambisiyalarına qarşı çıxmaq və İsrail texnologiyalarına çıxış əldə etmək istəyi ilə bağlıdır. 

“İndi Səudiyyə Ərəbistanının Fələstin məsələsinə köklü dəstəyi Ər-Riyadın öz əhalisinin reaksiyasından qorxaraq bu kursu davam etdirmək imkanlarını məhdudlaşdıracaq”, - nəşr yazır.

“The Mediterranean Man” yazır ki, Misirin 2-ci Səhra Ordusunda bütün əsgərlər məzuniyyətdən geri çağırılıb, şəxsi heyət tam döyüş hazırlığı vəziyyətinə keçir.

“Reuters” Qəzza zolağı ətrafında eskalasiya fonunda İsrail milli valyutası şekelin ABŞ dolları qarşısında son 8 ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirir - 1 dollar = 3,89 şekel.

İsrail Dövlət Radiosu “Kan Bet”in məlumatına görə, İsraildə iri pərakəndə satış şəbəkələrinin mağazalarında böyük növbələr var, vətəndaşlar ölkənin cənubunda və şimalında uzunmüddətli hərbi əməliyyatlardan qorxaraq həftələrlə əvvəlcədən ərzaq ehtiyatı yığırlar. Təzə toyuq, süd çatmır, konservlər tükənir. Ehtiyatda olan hərbçilərin orduya çağırılması ilə əlaqədar mağazalarda kifayət qədər işçi yoxdur.

Bu arada neft qiymətləri Qəzza zolağı ətrafında gərginliyin artması səbəbindən 4 dollardan çox bahalaşıb.

“The Washington Post” yazır ki, İsrail hakimiyyəti artıq ABŞ-dən “Dəmir günbəz” raketdən müdafiə sistemi üçün ələ keçirən raketlərin, kiçik diametrli bombaların və pulemyotlar üçün sursatların tədarükünün artırılmasına köməklik göstərməyi xahiş edib.

CNN hərbçilərin planlarından xəbərdar olan ABŞ rəsmisinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar regionda öz mövqelərini gücləndirmək planı çərçivəsində Yaxın Şərqə əlavə döyüş təyyarələri yerləşdirməyi planlaşdırır. Kanalın həmsöhbətinin sözlərinə görə, ABŞ F-35 və F-15-ləri ora köçürəcək; onların dəqiq sayı məlum deyil, 20-25 döyüş təyyarəsindən danışmaq olar.

"Həmsöhbət əlavə qırıcıların yerləşdirilməsinin məqsədinin İranın potensial təcavüzünün və ya İsrail hüdudlarından kənarda hərbi əməliyyatların mümkün genişlənməsinin qarşısını almaq olduğunu bildirib", - məlumatda bildirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42