Çərşənbə axşamı, 30 Aprel

Oktyabrın 8-də Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub

image

Oktyabrın 9-u saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti arabir Daşkəsəndə 23, Mingəçevirdə 20, Qobustanda 19, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu oktyabrın 8-də Bakıda iqlim normasından 4.0 dərəcə yuxarı olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək, Naxçıvan MR-da 28 dərəcəyədək, Aran rayonlarında 28 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli hava şəraiti oktyabrın 11-i gündüzədək davam edəcək. Oktyabrın 9-u günün ikinci yarısından 11-i axşamadək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42