Bu ölkədə bomba həyəcanı: 8 məktəb boşaldıldı
Bu ölkədə bomba həyəcanı: 8 məktəb boşaldıldı
Fransanın İsere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.
Xəbər verilir ki, bu haqda Fransanın İsere Qubernatorluğu məlumat yayıb.
Məlumatda məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik tədbirləri görüldüyü, istehkamçı qrupların araşdırma apardığı bildirilib.
Qubernatorluq hələlik xəbərlərin real və ya əsassız olması ilə bağlı heç bir məlumat paylaşmayıb.
Azadsoz.com