Bazar, 19 May

Arayiki hansı cəza GÖZLƏYİR?

image

Xəbər verdiyimiz kimi, “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Harutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Məlumata görə, Arayikə qarşı Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham irəli sürülüb.

Çoxsaylı cinayət əməllərində təqsirləndirilən Arayik Harutyunyanı hansı cəza gözləyir?

- Maddə 100 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 117 (Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə) 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır

- Maddə 120 (Qəsdən adam öldürmə) 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 214 (Terrorçuluq) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 214-1 (Terrorçuluğu maliyyələşdirmə) 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 214-2 (Terrorçuluğa açıq çağırışlar) 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 218 (Cinayətkar birlik (təşkilat) yaratma) 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Maddə 279 (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41