Bazar ertəsi, 29 Aprel

Qiyamətə qalmayan qisas: Həbs edilən arayiklər, cəzalandıralacaq koçaryanlar - ŞƏRH

image

Azərbaycan keçmiş sovetlərdən qalma ərazilərdə bütövlüyünü və suverenliyini tam bərpa edib. 44 günlük müharibə və bir sutkalıq lokal xarakterli antiterror tədbirləri ilə proses başa çatıb.

Xəbər verilir ki, hazırda ərazi bütövlüyü və suverenliyi pozaraq qanunsuz silahlı dəstələr saxlamış, ona başçılıq etmiş, terror və başqa cinayət əməlləri ilə məşğul olmuş şəxslərin tutulması, cinayət məsuliyyətinə cəlb olunması prosesi davam edir.

Azərbaycana qarşı cinayətlər törədənlərə dəfələrlə təslim olmaq təklif edilib. Belələri üçün sonuncu şans 44 günlük müharibədə, hətta ondan sonra kapitulyasiya aktı imzalananda verilmişdi. Ancaq onlar tutduğu cinayət əməlini davam etdirdi. Bu ünsürlər Azərbaycan ərazisində qanunsuz silahlı dəstələrin fəaliyyət dairəsini genişləndirib, gücləndirərək yeni-yeni pozuculuq fəaliyyəti ilə məşğul oldular. Rəsmi Bakının inteqrasiya təklifinə məhəl qoymayaraq terror və təxribat törətdilər.

Erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsirlikdə olan hərbi qulluqçuları və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı sülh və insanlıq əleyhinə, müharibə, başqa ağır cinayətlər törədilməsi faktları üzrə Cinayət Məcəlləsinin uyğun maddələri əsasında prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törətməkdə şübhəli bilinən bir qrup separatçı tutulub. Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Arayik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Azərbaycan dövlətinə qarşı terrordan tutmuş qanunsuz silahlı dəstələr yaratmaq, təxribatlar törətmək, azərbaycanlılara işgəncə vermək, dinc sakinləri soyqırımına məruz qoymaq, Qarabağda etnik təmizləmə və başqa insanlığa zidd əməllər törədiblər. Onlar işğal və 44 günlük Vətən müharibəsi dövründə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, əhalini təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan lokal xarakterli antiterror tədbirlərində qondarma qurumun “rəhbərlər”i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar.

 Döyüş bölgələrindən uzaq yerləşən ərazilər, mülki obyektlər ermənilər tərəfindən raket hücumuna məruz qalıb. Azərbaycanın Baş Prokurorluğu bununla bağlı bildirib ki, 2020-ci il oktyabrın 4-ü və 17-də Azərbaycan Respublikasının Gəncə şəhərinin müdafiə olunmayan, mülki əhalinin yaşadığı əraziləri, yaşayış məntəqələri, silahsızlaşdırılmış zonaları hədəfə almaqla ballistik raketlərdən istifadə edib çoxsaylı mülki şəxslərin ümumi təhlükəli üsulla, xüsusi amansızlıqla, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik zəminində qəsdən öldürülməsi və yaralanması ilə bağlı cinayətləri təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib. Araik Arutyunyanın Gəncənin raket hücumuna tutulması barədə “əmr”i şəxsən verməsi barədə açıqlaması həmin “rəhbərlər”in qatil olduqlarını bir daha təsdiqləyir.

Həbs edilənlər və onların ətrafı “təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma”,“muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə”, “silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”, “silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə”, “terrorçuluğu təşkil etmə”, “milli düşmənçiliyin salınmasını təşkil etmə” və başqa maddələr əsasında ittiham olunacaqlar.

Yuxarıda adları çəkilən və çəkilməyənlər de-yure Azərbaycan vətəndaşları sayılırlar. Həmin ünsürlər cinayətləri Azərbaycan ərazisində törədiblər. Bu baxımdan onların Azərbaycan Respublikası Cinayət Məcəlləsini “Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər” bölməsinin “Dövləti konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə” fəslinin 274-cü “Dövlətə xəyanət” maddəsi üzrə də məsuliyyət daşıyacağı istisna edilmir. Onların beynəlxalq müdafiəsi mümkünsüzdür. Çünki onlar terror fəaliyyəti göstərib, qanunsuz silahlı dəstələr saxlayıb, dinc sakinlərin qətlində iştirak edib, habelə Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı çıxıblar. Onları müdafiə edənlər terror, qanunsuz silahlı dəstələrin saxlanılmasını və dinc sakinlərin qətlini dəstəkləmiş olurlar

Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam təmin etdiyi kimi, ona qarşı çıxanları da cinayət məsuliyyətinə cəlb edərək cəzalandıracaq. Onların həbsi bu düşüncədə olanlara, onların havadarlarına ibrət dərsidir. Bu, erməniləri Azərbaycan ərazisində yerləşdirib onlara dövlət yaratmaq, daha sonra “Böyük Ermənistan” xülyası ilə zəhərləməyin nəticəsidir. Həbs tədbirləri və əməliyyatı Azərbaycan dövlətini kiçik görənlərə də tərs şapalaqdır. Separatçıların, dövlət xəyanəti edənlərin həbsi, zərərsizləşdirilməsi Azərbaycan hakimiyyəti ilə cəmiyyətinin birliyinin göstəricisidir. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan vətəndaşlarının dövlətçilik və vətənsevərlik ruhu yüksək səviyyədədir.

Düşmənlər, separatçılara havadarlıq edib dəstək verənlər də bu hadisədən öz paylarını, heç şübhəsiz, götürəcək. Üçillik hadisələr onu da təsdiqlədi ki, Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, Orta Şərqin siyasi səhnəsinin oyunçularındandır

Bu gün, oktyabrın 4-ü Arayik Arutyunyanın “əmri” ilə Gəncənin birinci raket hücumuna məruz qaldığı gündür. Artıq dövlət xəyanəti edən erməni etnik qrupunun bu nümayəndəsi və onun cinayət ortaqları həbs olunub. Azərbaycana qarşı dövlət cinayəti işlədən daha üç de-yure vətəndaş hələ azadlıqdadır: Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan. Onların əli həm də Ermənistanda erməni sakinlərinin qanına batıb. Bu üçlüyün cəzası ikiqat olacaq. Onlar azərbaycanlıların və ermənilərin qətlində, Azərbaycan və Ermənistan dövlətlərinə qarşı cinayət törətməkdə ittiham olunacaqlar. Hər iki ölkədə onlara qarşı cinayət işi açılıb. Çox çəkməz onlar da törətdikləri əməllərin cəzasını çəkərlər. Onlarla bağlı da qisas qiyamətə belə qalmaz...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42