Çərşənbə, 01 May

Şahramanyanın Bakıdan XAHİŞİ

image

“Erməni qatillərin həbsi davam edir: növbədə qondarma rejimin “keçmiş rəhbərləri” – Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyandır. Erməni mənbələr onların gizləndiyini yazır, ehtimal olunur ki, Xankəndidən kənardadırlar, sülhməramlıların bazasında olması da istisna edilməməlidir”.

Xəbər verilir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı şəxsi “Facebook” hesabında yazıb.

“Samvel Şahramanyanın Bakıdan onların Ermənistana keçməsinə şəraitin yaradılması xahişini etdiyi, bu xahişin rədd edildiyi məlumatları da var. Azərbaycan kəşfiyyatının bu şəxslərin hərəkətlərini daim nəzarətdə saxladığı deyilir. Xocalı qatillərinin, əli qana batmış olanların hamısının tezliklə Ruben Vardanyan kimi başıaşağı, Davit Manukyan kimi üzüdivara dayanacağını gözləyirik. Bu, Azərbaycanın haqqıdır”, – deyə Asif Nərimanlı qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15