Bazar, 05 May

Rusiya Ukraynadakı müharibəyə nə qədər xərcləyəcək? - İLGİNC RƏQƏM

image

Rusiya 2024-cü ildə hərbi xərcləri cari illə müqayisədə 68 faiz artırmaq niyyətindədir. Kreml bu addımı Rusiyaya qarşı aparılan “hibrid müharibə” ilə əsaslandırır.

Xəbər verilir ki, Rusiya Maliyyə Nazirliyi 2024-cü ilin büdcə layihəsini sentyabrın 28-də təqdim edib.

Nazirlik “milli müdafiə xərcləri” üçün büdcədən 10,77 trilyon rubla qədər (111,04 milyard dollar) vəsait ayırmağı təklif edir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hərbi büdcənin artırılmasını zəruri saydığını deyib: “Aydındır ki, belə bir artım mütləq lazımdır, çünki biz hibrid müharibə vəziyyətində yaşayırıq, biz “xüsusi hərbi əməliyyatı” davam etdiririk. Mən bizə qarşı gedən hibrid müharibəni nəzərdə tuturam. Bu isə çoxlu xərc tələb edir”.

Rusiyanın maliyyə naziri Anton Siluanov isə büdcənin əsas diqqətini Rusiyanın başlatdığı müharibədə “qələbə” üçün hərbi xərclərə yönəltdiyini qeyd edib: “Büdcənin strukturu göstərir ki, əsas diqqət qələbəmizin təmin olunmasına yönəlib - ordu, müdafiə qabiliyyəti, silahlı qüvvələr, döyüşçülər - cəbhə üçün, qələbə üçün lazım olan hər şey büdcədə var. Bu, bizim üzərimizə ciddi yükdür. Amma bu, şübhəsiz ki, bizim prioritetimizdir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15