Şənbə, 18 May

Qənirə Paşayevanın vəziyyəti necədir?

image

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də millət vəkili Qənirə Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Xəbər verilir ki, Mərkəzi Klinikanın Mətbuat xidməti millət vəkilinin son vəziyyəti ilə bağlı açıqlama yayıb.

“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyədən yüksəkixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstənin vəziyyəti dəyərləndirilib və lazımi məsləhətlər verilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır”, - məlumatda vurğulanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41