Cümə, 03 May

Zelenski Kissincer ilə görüşdü

image

Ukrayna Prezidenti Vladimir Zelenski Uoll-strit rəhbərləri və nüfuzlu iş adamları ilə görüşüb, müharibədə dağılmış ölkəni və onun iqtisadiyyatını bərpa etmək səylərini müzakirə edib.

Xəbər verilir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

“Dəyirmi masada Quqlun keçmiş baş direktoru Erik Şmidt, milyarder Mayk Blumberq, “New England Patriots”un sahibi Robert Kraft, milyarder Bill Akman, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və milyarder Barri Şternlixt iştirak ediblər”, - məlumatda deyilir.

Bildirilir ki, Manhettendə keçirilən görüşün əsas mövzusu Ukraynanın bərpasına dəstək və sərmayə qoymağın yollarını müzakirə etmək olub.

Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün cümə axşamı Ağ Evə getməyi planlaşdırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15