Çərşənbə, 15 May

DİQQƏT! Bu tələbələr ali məktəblərdən xaric oluna bilərlər

image

Elm və Təhsil Nazirliyi (ETN) tələbə adı qazananlara müraciət edib. 

ETN-dən daxil olan müraciətdə deyilir: 

“Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə, bakalavriat və rezidentura səviyyələrinin boş qalan yerlərinə isə əlavə yerləşmə üzrə qeydiyyat prosesi davam edir. 

Qəbul olunmuş şəxslər //portal.edu.az/ sistemi üzərindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 

Qeydiyyat prosesi tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə üzrə 25 sentyabr saat 18:00-da, bakalavriat səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə 20 sentyabr saat 18:00-da, rezidentura səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə isə 18 sentyabr saat 18:00-da başa çatacaq”. 

Qeyd edilib ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00