Cümə, 17 May

Paşinyan hökumətində sağ əlin soldan xəbəri yoxdur

image

Azərbaycanla danışıqları ciddi məxfilik şəraitində aparır, danışıqların təfərrüatlarını yalnız Nikol Paşinyan və xarici işlər naziri bilir, amma hökumət sektoruna rəhbərlik edən müavinlərin danışıqlardan xəbərsiz olması, yumşaq desək, qeyri-adi bir situasiyadır

Xəbər verilir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri yazıb.

Yazının davamında qeyd olunur ki, danışıqlar prosesinə məsul olan iki şəxs – xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Daimi Komitəsinin rəhbəri Sarqis Xandanyan ziddiyyətli bəyanatlar verirlər:

“Avqustun 25-də Nikol Paşinyan bəyan edib ki, sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Bakıya çatdırıb. Dünən jurnalistlərlə söhbətində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sarqis Xandanyan Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərinə Ermənistanın hələ də cavab vermədiyini açıqlayıb.

Onun açıqlamasından bir neçə saat sonra xarici işlər naziri Ararat Mirzoyan bunun tam tam əksini bəyan edib. Mirzoyanın sözlərinə görə, Ermənistan Azərbaycan tərəfinin təkliflərini cəmi 2 gün əvvəl alıb”.

“Joqovurd” əlavə edib ki, hakim partiya üzvlərinin ziddiyyətli bəyanatları bir daha sübut edir: əslində, Nikol Paşinyan danışıqlar prosesinin təfərrüatlarını komanda yoldaşlarından ciddi şəkildə gizli saxlayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58