Cümə axşamı, 16 May

23 ildir eyni paltarı geyinirlər - FOTOLAR

image

İngiltərədə yaşayan əkiz bacılar dünya mətbuatının diqqətini çəkməyi bacarıblar. 

Xəbər verilir ki,  əkizlər son 23 ildə hər gün eyni paltarı geyinirlər. Belə ki, Rose Rosey Koles və 69 yaşlı Keti Heffernan demək olar ki, hər gününü birlikdə keçirirlər və illərdir eyni üslubda geyinirlər.

Qonşu olan əkiz bacılar hər gün eyni avtobusa minərək ticarət mərkəzinə gedirlər. İki uşaq anası olan Koles müsahibəsində "Kənara çıxanda eyni şeyi geyinirik, son 23 ildə həmişə bir yerdəyik” deyib.

Tətilə gedəndə də çamadanlarını eyni paltarla dolduran əkizlər, ömürlərinin qalan hissəsini bu şəkildə keçirməyi planlaşdırırlar. Heffernan deyir ki, onlar heç vaxt mübahisə etməyiblər.

Saç düzümlərindən tutmuş pijamalarına qədər hər şey eyni olan əkizlərin həyat tərzi ətrafdakıların diqqətini çəkir.  Bacıların bu vərdişi 70-ci illərdə evləndikdən sonra başa çatıb.  Lakin 2000-ci ildə hər ikisi həyat yoldaşlarından ayrılanda bir-birlərinə yaxınlaşmaq fürsəti tapıblar və eyni paltardan istifadə etməyə başlayıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00