Cümə, 17 May

Abşeronda hamilə arvadını bıçaqlayan ər SAXLANILDI

image

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində hamilə həyat yoldaşını bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev KONKRET.az-a bildirib ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.

Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir.

Qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb. Nəticədə 19 yaşlı N. A. yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41