Bazar ertəsi, 29 Aprel

Bu rayonlardan sel keçdi

image

Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Astarada 56 mm, Lənkəranda 43 mm, Beyləqanda 24 mm, Sabirabad, Biləsuvarda 20 mm, Cəfərxanda 19 mm, Tərtərdə 17 mm, Zərdab, Ağdam, Şəkidə 14 mm, Qəbələ, Lerikdə 10 mm, Oğuz, Qobustan, Kürdəmirdə 9 mm, Mingəçevir, Altıağac, Şahdağda 8 mm, Yardımlı, Xaltan, Qrız, İsmayıllı, Qax (Sarıbaş), Naftalan, Neftçala, Göyçay, Yevlax, Ordubad, Sədərək, Şirvan, Daşkəsən, Naxçıvan, Göygöl, Quba, Ceyrançöl, Tovuz, Bərdə, Balakən, Şahbuz, Gədəbəy, Gəncə, Qusarda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sentyabrın 11-də saat 16:50 radələrində Astara rayonu ərazisindən keçən Təngərüdçaydan sel keçib. Bu gün səhər saat 8:00 radələrində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan sel keçir.

Gəncə, Daşkəsən, Naftalan, Şəki, Balakən, Qaxda duman müşahidə olunub.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək. Mülayim şərq küləyi əsəcək.

***

Senytabrın 12-si saat 15:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Çilov adası, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda leysan xarakterli yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Daşkəsən, Göygöl, Gəncə, Balakən, Şəki, Naftalan, Şəki, Balakən, Şamaxı, Qobustan, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 21 dərəcəyədək, dağlıq rayonlarda 10 dərəcəyədək isti qeydə alınıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42