Bazar ertəsi, 29 Aprel

Azərbaycan ən çox bu ölkələrdən mal alır - Siyahı

image

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac, 181 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26333,2 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9556,5 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 7220,2 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artıb. İdxal real ifadədə 8,0 faiz artmış, ixrac isə 0,7 faiz azalıb. 2023-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə 14,2 faiz artaraq 2006,9 milyon dollar təşkil edib.

Ölkənin xarici ticarət dövriyyəsinin 31,6 faizi İtaliya, 15,6 faizi Türkiyə, 8,1 faizi Rusiya, 5,3 faizi Çin, hər biri 3,2 faiz olmaqla Almaniya və Yunanıstan, 2,8 faizi İsrail, 2,6 faizi Hindistan, 2,4 faizi İspaniya, hər biri 1,9 faiz olmaqla Çexiya və Türkmənistan, 1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Rumıniya və Fransa, 1,3 faizi İrlandiya, hər biri 1,0 faiz olmaqla Xorvatiya, Birləşmiş Krallıq və ABŞ, 0,9 faizi İran, 11,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 44,9 faizini İtaliyaya, 16,5 faizini Türkiyəyə, 4,6 faizini Yunanıstana, 4,0 faizini İsrailə, 3,4 faizini Rusiyaya, hər biri 3,2 faiz olmaqla Hindistan və İspaniyaya, 2,5 faizini Çexiyaya, 2,2 faizini Gürcüstana, hər biri 2,1 faiz olmaqla Rumıniya və Almaniyaya, 1,8 faizini İrlandiyaya, 1,5 faizini Xorvatiyaya, 1,0 faizini Bolqarıstana, 0,8 faizini Vyetnama, 0,7 faizini Avstriyaya, hər biri 0,6 faiz olmaqla Fransa və Birləşmiş Krallığa, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,0 faiz), Türkiyəyə (27,7 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (4,1 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,0 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,7 faiz), Özbəkistana (1,3 faiz), Latviyaya (1,2 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,2 faiz), Çinə (1,2 faiz), Almaniyaya (1,0 faiz), Qırğızıstana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiya, 16,3 faizi Çin, 13,8 faizi Türkiyə, 5,8 faizi Almaniya, 5,4 faizi Türkmənistan, 3,3 faizi Fransa, 3,0 faizi ABŞ, 2,8 faizi İran, 2,6 faizi İtaliya, hər biri 2,5 faiz olmaqla Koreya və Yaponiya, 1,9 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Belarus və Qazaxıstan, 1,4 faizi Ukrayna, hər biri 1,3 faiz olmaqla Braziliya və Hindistan, 1,0 faizi Polşa, 0,8 faizi Vyetnam, 12,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 30,5 faiz, təzə tərəvəz – 11,5 faiz, şəkər – 30,6 faiz, 3 meyvə və tərəvəz şirələri – 37,1 faiz, meyvə və tərəvəz konservləri – 37,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 72,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 8,3 faiz, polipropilen – 2,3 dəfə, polietilen – 60,4 faiz, emal olunmamış alüminium – 9,9 faiz, sement klinkerləri – 13,9 faiz, qara metallardan çubuqlar – 5,9 faiz, qara metallardan borular – 0,9 faiz, pambıq ipliyi – 12,7 faiz, bentonit gili – 3,0 faiz artmış, kartof ixracı isə 9,1 faiz, çay – 70,0 faiz, tütün – 64,2 faiz, bitki yağları – 80,0 faiz, pambıq lifi – 26,3 faiz, mineral gübrələr – 32,3 faiz, qara metallardan yarımfabrikatlar – 56,6 faiz azalıb.

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyul aylarında buğda idxalı 34,5 faiz, xam şəkər – 3,2 faiz, unlu qənnadı məmulatları – 7,8 faiz, şokolad və şokolad məhsulları – 5,3 faiz, mal əti – 2,7 dəfə, siqaretlər – 42,0 faiz, minik avtomobilləri – 38,1 faiz, dərman vasitələri – 4,6 faiz, polad prokatı – 89,3 faiz, qara metallardan borular – 72,3 faiz, hesablama maşınları, blok və qurğuları – 20,0 faiz, rezin şinlər – 22,0 faiz, yük avtomobilləri – 39,6 faiz, sintetik yuyucu vasitələr – 14,9 faiz, mebellər – 12,5 faiz, polietilen – 64,8 faiz, mineral gübrələr – 56,6 faiz, paltaryuyan maşınlar – 48,0 faiz, polipropilen – 43,4 faiz, qara metallardan künclüklər – 17,3 faiz, məişət soyuducuları – 63,0 faiz artıb, təzə meyvə idxalı isə 10,9 faiz, bitki yağları – 7,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,0 faiz, çay – 14,3 faiz, quş əti və onun əlavə məhsulları – 7,0 faiz, kartof – 21,0 faiz, təzə tərəvəz – 3,4 faiz, məişət kondisionerləri – 6,5 faiz, qara metallardan çubuqlar – 10,6 faiz, avtobuslar – 75,7 faiz, sement – 32,7 faiz azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55