Cümə, 17 May

Paşinyan Putinin həbsini nəzərdə tutan qərardan danışdı 

image

Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki gərginlik fonunda ötən şənbə günü İran, Gürcüstan, Fransa, Almaniya, ABŞ liderləri ilə telefon danışığı apardığı halda niyə İrəvanın strateji müttəfiqi olan Rusiya prezidentinə zəng vurmadığı haqda suala cavab verib. 

Məlumata görə, İctimai Televiziyaya müsahibəsində baş nazir bildirib ki, sərhəddəki vəziyyətlə bağlı ilk zənglər daha əvvəl Rusiya prezidenti Vladimir Putinə edilib və o, durumdan xəbərdar edilib:

“Son zənglərin məqsədi isə vəziyyətdən xəbərdar olmayan və ya çox böyük ehtimal bəzi nüanslardan xəbərsiz olan tərəflərə məlumat ötürmək idi. Şübhəsiz ki, Rusiya Federasiyasiyasının prezidenti vəziyyət haqda daha əvvəl məlumatlandırılıb”.

Nikol Paşinyan Ermənistanın Putinin həbsini nəzərdə tutan “Roma statutu”nun ratifikasiyası prosesindən də danışıb. O bu prosesin Ermənistan-Rusiya münasibətlərinə qətiyyən aidiyyəti olmadığını vurğulayıb:

"Təəssüf ki, Rusiya və Haaqa Cinayət Məhkəməsi kontekstində ratifikasiya prosesi pis vaxta təsadüf etdi. Bu proses heç də Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil, bu, sərhəddəki gərginliklə bağlıdır”.

Bu il martın 17-də Haaqa Məhkəməsi Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi “Roma statutu”nun ölkə Konstitusiyasına uyğunluğu barədə rəy verib. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 1-də bu sənəd ratifikasiya etmək üçün Ermənistan parlamentinə göndərilib. Qaydaya görə “Roma statutu”nu imzalamış ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin orderini icra etməyə məcburdurlar.

Paşinyan Ermənistanın “Roma statutu”nun ratifikasiyasını Beynəlxalq Cinayət Məhkəməsinin 2022-ci ilin sentyabr və 2021-ci ilin may hadisələrinin araşdırılması istəyi ilə əsaslandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58