Çərşənbə axşamı, 30 Aprel

Rusiya xüsusi xidmət orqanları Paşinyanın devrilməsinə hazırlaşıb?

image

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət təhlükəsizlik xidmətinin rəhbəri Sarkis Ovannisyanı vəzifəsindən azad edib. Onun səlahiyyətlərini departament rəhbərinin müavini Artur Qasparyan yerinə yetirəcək.

Xəbər verilir ki, kadr dəyişikliyinin səbəbləri barədə məlumat verilmir.

Ovanisyan cəmi 4 ay əvvəl, bu il aprelin 28-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Onun vəzifəsindən azad edilməsi “Vaqner” özəl hərbi şirkətinin muzdlularının iştirakı ilə Kremlin İrəvanda planlaşdırdığı dövlət çevrilişi barədə məlumatların yayılması fonunda baş verib.

Ovannisyanın özü də Paşinyanın komandasının üzvü deyil, o, Serj Sarkisyan hakimiyyəti dövründən dövlət təhlükəsizlik xidmətində işləyir.

Qeyd edək ki, Sarkis Ovannisyan 1968-ci ildə İrəvanda anadan olub. Əfqanıstanda xidmət edib, sonra 1990-1992-ci illərdə Azərbaycana qarşı müharibədə iştirak edib. Sonralar o, Ermənistan Prezidentinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin edən şöbədə çalışıb, dövlət təhlükəsizlik orqanlarında mühafizəçidən şöbə rəisinə qədər vəzifələr tutub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42