Çərşənbə, 01 May

Dövlət Dəniz və Liman Agentliyindən fırtınalı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

image

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Məlumata görə, xəbərdarlıqda bildirilir: 

“Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə (GHİM) Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən, sentyabrın 10-da Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin 11-i səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 2-4 m, sonrakı inkişafda 5,5-7,5 m. çatacağı proqnozlaşdırılır”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15