Çərşənbə axşamı, 30 Aprel

Zaxarovadan Paşinyana təhqiramiz cavab - VİDEO

image

Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiyanın ünvanına söylədiyi fikirlər Moskvada kəskin etirazlar doğurmaqdadır. Artıq Paşinyana müxtəlif səviyyələrdə verilən cavablar açıq təhqir və təhdid müstəvisinə keçib.

Xatırladaq ki, Paşinyan müsahibəsində Rusiyanın Cənubi Qafqazdan gedəcəyini söyləmişdi: “Əslində, Rusiya kifayət qədər uzun müddətdir ki, bizim regionda, Cənubi Qafqazdadır. Amma müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik. Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə bölgədən gedir... Hansı səbəblərdən? Biz bilmirik. Mən bunun səbəblərini təxmin edə bilərdim, amma indi etməyəcəyəm. Bəzi proseslər bizi elə bir fikrə gətirib çıxarır ki, bir gün sadəcə ayılıb Rusiyanın burada olmadığını görəcəyik...”

Əvvəlcə Vladimir Putinin sözçüsü Dmitri Peskov Paşinyana xatırladıb ki, Rusiya ərazisində Ermənistandan daha çox erməni yaşayır. Ardınca əlavə edib ki, Rusiya qətiyyən Ermənistandan çıxmaq niyyətində deyil.

Xəbər verilir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bir qədər də irəliyə gedərək, Paşinyana özünəməxsus kobud və təhqiramiz tərzdə cavab verib. O, Paşinyanı öz məsuliyyətini kiminsə üzərinə atmamağa çağırıb: “Ermənistan Baş naziri tərəfindən son günlər çox şeylər deyilib. Bütün bu bəyanatları yekunlaşdırsaq, deyə bilərik ki, öz addımlarınıza cavab verməlisiz, gühahkarlar axtarmalı deyilsiz. Məsuliyyət daşımaq lazımdır. Öz məsuliyyətinizi kiminsə üzərinə yıxmamalısınız. Ona görə də, siyasətçinin, dövlət xadiminin, yoldan keçən adamdan, öz ölkəsinin milli maraqlarını düşünməyəndən fərqi var. Bir daha qeyd edirəm ki, öz addımlarına görə cavab vermək qabiliyyətinə malik olmaq lazımdır. Əks təqdirdə, bu bir az “pis rəqqasın hekayəsi”nə bənzəyir”.

Beləliklə, dolayısı ilə Paşinyanı “yoldan keçənə”, “pis rəqqasa” bənzədən Zaxarova onun dövlət xadimi, siyasətçi adına layiq olmadılğına açıq eyham vurub.

Bu, Ermənistan dövlət başçısının təhqir edilməsilə yanaşı, onun söylədiyi fikirlərin Rusiya rəhbərliyini nə dərəcədə qıcıqlandırdığından xəbər verir.

Hər zaman öz “arxa bağçası”, əlaltısı, nökəri hesab edən Kreml əlbəttə ki, öz vassalının etirazını, “artıq-əskik” ifadələrini həzm edə bilmir. Paşinyanın dövlət başçısı olmasına rəğmən Rusiya rəsmiləri, politoloqları, deputatları və s. tərəfindən təhqir edilməsinə gəlincə, Rusiyadakı siyasi mədəniyyət, polemika səviyyəsi çoxdan və hamıya bəllidir. Xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsindən sonra Rusiya siyasi isteblişmenti bütün “qırmızı cizgiləri” və hətta adi əxlaq normalarını da ayaqlar altına alıb.

Ermənistana gəldikdə isə bu dövlət və onun Baş naziri artıq bu tip aşağılayıcı münasibətə, təhqirlərə adət edib və bunun günahı həm də ermənilərin özündədir...

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42