Bazar, 05 May

Rusiyaya məxsus PUA Rumıniyaya düşdü

image

Rumıniyanın Tulça qraflığının Plauru bölgəsində Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqları tapılıb. 

Xəbər verilir ki, PUA Rusiyanın Ukraynanın Rumıniya sərhədi yaxınlığında yerləşən İzmail və Reni limanlarına hücum etdikdən sonra aşkarlanıb.

Rumıniyanın müdafiə naziri Anqel Tilvar Rumıniyada qəzaya uğrayan Rusiyaya məxsus pilotsuz təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib: "Aydın idi ki, kifayət qədər qısa müddət ərzində Rusiyanın Ukraynanın liman obyektlərinə və anbarlarına silsilə hücumları olub, ona görə də tədbirlərin gücləndirilməsini vacib hesab edirəm. Bizim daha çox müşahidə məntəqəmiz, daha çox patrulumuz olacaq. Eyni zamanda, texniki baxımdan ərazini əhatə edə bilən istifadə etdiyimiz avadanlıq işlək olaraq qalır və artan diqqət mərhələsindədir". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15