Cümə, 17 May

Ərdoğandan Ukraynadakı müharibə ilə bağlı İLGİNC AÇIQLAMA

image

“Ukraynadakı müharibə üçün üfüqdə sülh görünmür”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyənin müharibə ilə bağlı mövqeyi aydındır: “İlk gündən diplomatiyanın tərəfdarı olduğumuzu deyirik. Daha çox qan tökülməsinin qarşısını almağa səy göstəririk. Təəssüf ki, il yarım əvvəl başlayan müharibə hələ də davam edir”.

Ərdoğan vurğulayıb ki, müharibənin qalibi, sülhün məğlubu olmaz: “Əsir mübadiləsi kimi məsələlərdə olduğu kimi vasitəçiliyimizi davam etdirəcəyik. Arzumuz savaşın beynəlxalq hüququn tələblərinə uyğun formada başa çatmasıdır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58