Şənbə, 18 May

Maşın çaya aşdı, qaçırılan qız öldü - Azərbaycanda dəhşətli hadisə - FOTO - YENİLƏNİB

image

Qubada avtomobilin çaya aşması nəticəsində ölən gənc qız qaçırılıbmış.

Xəbər verilir ki, 23 yaşlı İ.Səfərli Rustov kəndinə qonaq gəlib.

Onu qaçıran iki nəfərdən biri ilə qızın sevgi münasibətinin olduğu bildirilir. Üçüncü şəxs isə oğlanın dostu olub.

İlkin məlumata görə, qəza İ. Səfərlinin qohumları onun getməsinə etiraz edərək avtomobili təqib edərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

***09:59

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verilir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41