Çərşənbə axşamı, 30 Aprel

İrəvanın təxribatı: Kreml Nikolu çağıracaq – Özər

image

Laçın yolu ilə bağlı erməni tərəfinin bütün ideyası dağılır. Buna görə də İrəvan təxribatçı addımlar atır.

Bunu açıqlamasında tanınmış türkiyəli analitik Engin Özər Azərbaycan və Ermənistanın şərti sərhədindəki toqquşmanı şərh edərkən deyib.

“Cəmiyyət Ermənistan rəhbərliyinə təzyiq göstərir. Paşinyanın bu istiqamətdə ciddi problemləri var. Nikola daxili auditoriya təzyiqi böyükdür. Laçın yolu məsələsində diplomatik arenada uğursuzluqlara İrəvanın reaksiyası belədir”, - deyə o, ermənilərin bu gün Kəlbəcər istiqamətindəki təxribatı haqda bildirib.

Ekspertin fikrincə, Ermənistan hərbi baxımdan Azərbaycanla rəqabət apara bilmir:

“Azərbaycan Ordusu onları çox tez bir zamanda geri oturdacaq. Və erməni tərəfinin aldığı zərbə heç də zəif olmayacaq. İrəvan bu cür təxribatlarla ancaq erməni əsgərlərini aşkar ölümə göndərir”.

Özər qeyd edib ki, bu gün Moskvanın İrəvan üzərində təsir rıçaqları var:

“Qərbin də planı var, amma şəxsən mən hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına məhz Rusiya nail ola biləcək. Bu gün Cənubi Qafqazda münaqişənin həlli ilk növbədə Rusiyaya sərfəlidir. Düşünürəm ki, Kreml yaxın vaxtlarda Paşinyanı çağıracaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42